AZ

Borreli İsraildə qəbul etməkdən imtina ediblər

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, səlahiyyət müddətinin bitməsinə təxminən bir ay qalmış, 14-15 sentyabr tarixlərində İsrailə rəsmi səfər etməyi planlaşdırdığını bildirib.

Bu barədə İsrail mediası yazır.


Qüdsdə məsləhətləşmələr və görüşlərdən sonra Borrelin bu tarixlərdə İsrailə səfər edə bilməyəcəyini deyərək bundan imtina etdilər.

Borrell daha əvvəl fələstinlilərə qarşı zorakılıqda şübhəli bilinən israilli köçkünlərə, eləcə də nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriçə qarşı şəxsi sanksiyaların tətbiqinə çağırıb.

İsrail qeyd edib ki, Borrel səfərin tarixini İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri ilə razılaşdırmadan və icazə istəmədən elan edib. Avropa diplomatiyasının rəhbərinə İsraildə payız tətili başa çatdıqdan sonra səfəri əlaqələndirmək istənilib.

 

Nigar

 

Seçilən
101
oxu24.com

1Mənbələr