AZ

Medvedev milli ilə vidalaşdı, Sadıqov ona xeyir-dua verdi

Srağagün 10 minə yaxın futbolsevər Tofiq Bəhramov adına Respublika stadionunun yolunu tutmuşdu.

Təbii ki, həvəslə Fernando Santuşun debütünü gözləyirdilər. Gələnlərin böyük qismini uşaqlar, yeniyetmələr təşkil edirdi. “Göyqurdlar” xüsusi hazırlaşmışdı, 11-ci sektorun yarısından çoxunu doldurmuşdular. Amma stadionda anşlaq olmadı.

Həmçinin əvvəldən vəd etdikləri xüsusi xoreoqrafiyanı hazırlamamışdılar. Rəqibə dəstək verən azarkeşlər isə 5-6 nəfər idi, “KRYLBO” pankartı açmışdılar. Həmçinin əfsanəvi mütəxəssis, bir neçə gün əvvəl dünyasını dəyişən  Sven-Yoran Erikssonun şəkli olan pankart açaraq onu xatırladılar.
Yığma stadiona daxil olanda Fernando Santuş da futbolçularla birgə avtobusda idi. Musa Qurbanlı da oyunu tribunadan izləyirdi.

Matçdən əvvəl yığmamızın sabiq kapitanı Maksim Medvedev üçün mərasim təşkil olundu. 81 oyunda 4 qolun müəllifi olduğuna görə üzərində 81 yazılmış forma ona təqdim olundu, özü də sabiq komanda yoldaşı Rəşad Sadıqov tərəfindən. Çünki Rəşad Sadıqovdan sonra Azərbaycan millisinin formasını ən çox geyən ikinci adamdı.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
football-plus.az

1Mənbələr