AZ

Slavişa Radoviç bu yay müqavilə bağladığı “Sumqayıt”dan ayrıldı

“Sumqayıt” Futbol Klubu bu yay transfer etdiyi müdafiəçi Slavişa Radoviç ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

30 yaşlı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, ötən mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Radoviç “Sumqayıt”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlamışdı. O, Premyer Liqa təmsilçisinin heyətində cəmi 6 oyuna çıxıb. Ayrılığın dəqiq səbəbləri hələlik məlum deyil.

Slavişa Radoviç 2023-cü ilin yanvar ayından formasını geyindiyi “Sarayevo”dan bu yay azad agent kimi ayrılmışdı. O, bu komandanın heyətində 38 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Serbiya vətəndaşlığı da olan bosniya və herseqovinalı oyunçu karyerası ərzində “Radnik”, “Velej”, “Drina”, “Liepaya”, “Olimpik” (Sarayevo), “Voyvodina” və “Vozdovaç” kimi klublarda da forma geyinib.

Seçilən
208
38
arena.az

10Mənbələr