AZ

Almaniyada havaya qalxan təyyarəyə ac kirpi mane olub

Almaniyanın Arnştadt şəhərində kirpi uçuş-enmə zolağına çıxdığı üçün təyyarə havaya qalxa bilməyib.

Ultra yüngül təyyarənin pilotlarının dediyinə görə, tikanlı heyvan yemək axtarmaqla məşğul olub və yer açmaq istəmirmiş. Yalnız yarım saatdan sonra insanlar inadkar kirpini qonşu çəmənliyə müşayiət edə bildilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, "Bild" xəbər verir ki, heyvan çox yavaş və həvəssiz çıxıb. Bundan əvvəl Meksikanın Reynosa şəhərində zooparkdan amur pələnginin qaçdığı bildirilirdi. Səlahiyyətlilər yerli sakinləri ehtiyatlı olmağa və yırtıcı ilə qarşılaşmamağa çağırıb. Ətraf Mühit Departamentinin direktoru Aaron de la Kruz heyvanın insanlarla toqquşaraq qaçmağı bacardığını bildirib.

Nazlı Almuradova

Seçilən
130
sia.az

1Mənbələr