AZ

Seçkidən 5 gün sonra yanğın

Almaniyanın Saksoniya-Anhalt əyalətindəki Harz dağlarında dünən baş verən meşə yanğınına müdaxilə edildiyi bildirilib.

Harz Regional Rəhbərliyindən verilən açıqlamada, Harzın ən yüksək nöqtəsi olan Brocken dağında dünən başlayan yanğının genişləndiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, dağda 1000 metr uzunluğunda ərazi yanıb və hələlik neçə hektar ərazinin zərər çəkdiyini söyləmək mümkün deyil.

Dünən axşam saatlarında yanğının nəzarət altına alına bilmədiyi, Broken dağındakı Milli Parkın bağlandığı, əksəriyyəti turistlər, yürüyüşçülər və idmançılardan ibarət 500-ə yaxın insan avtobuslarla ərazidən təxliyə edilib.

Açıqlamada bir təyyarə və bir helikopter havadan, 150 yanğınsöndürənin isə alovlara mübarizə aparıdığı bildirilib. Gün ərzində daha 3 təyyarə və 1 helikopter söndürmə işlərinə dəstək verib.

Digər tərəfdən, əyalətin şərqindəki Oranienbaum qəsəbəsi ətrafında baş verən meşə yanğınına iki helikopterin müdaxilə etdiyi, tüstüdən təsirlənməmək üçün bölgə sakinlərinin qapı və pəncərələrini bağlamağa çağırıldığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
vaxt.az

1Mənbələr