AZ

Bakıda skuterlərin nizamsız qaydada saxlanılması hərəkət iştirakçılarına maneə yaradır - VİDEO

Son vaxtlar paytaxt Bakıda skuterlərin sayı artır. Lakin bu nəqliyyat vasitəsindən istifadə edənlər onları nizamsız qaydada və harada gəldi saxlayıb gedirlər. Bu isə hərəkət iştirakçıları üçün maneə yaradır, həmçinin bu mənzərə şəhərin estetik görüntüsünü pozur. Bəs bunun qarşısını necə almaq olar?

Bizim.Media xəbər verir ki, belə görüntülərə paytaxtın demək olar ki, hər yerində rast gəlmək mümkündür.

Paytaxt sakinləri də bununla bağlı narazılıqlarını dilə gətirirlər.

Mövzuya münasibət bildirən nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, yolda atılmış skuterlər həm təhlükə yaradır, həmçinin şəhərin ümumi görünüşünü korlayır.

Ekspert bildirib ki, skuterlərin parkinqi üçün xüsusi yerlər olmalı, oraya nəzarətçilər qoyulmalıdır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən suterləri parklama yerlərində saxlamamağa görə 10 manat cərimə nəzərdə tutulur.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakıda 120-dək skuter stansiyasının yaradılacağı bildirilmişdir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında.


Bizim.Media

Seçilən
90
1
bizim.media

2Mənbələr