1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abbas Səhhət adına 1 nömrəli Gəncə Şəhər Xəstəxanasında vətəndaşlar həkim tapmaqda çətinlik çəkirlər.
Oxu.Az xəbər verir ki, bu, sosial şəbəkələrdə paylaşılan videodan aydın olur.
Belə ki, vətəndaşlardan biri sözügedən xəstəxanadan video paylaşaraq xəstəyə yardım edəcək həkimin olmadığını deyir.
Bildirilir ki, iki pasiyent həkim gözləyir, onlardan biri Tərtərdə avtomobil qəzasına düşüb bura gətirilən qadındır.
Həmin videonu təqdim edirik: