AZ

Çırt-çırtlı klyonka necə yarandı?

Əllə çırt-çırtla partladarkən təkrar-təkrar çıxardığı səs bir müddət sonra ətrafdakıları bezdirməyə başlasa da, amerikalı Alfred Fildinq (Alfred Fielding, 1917-1994) və isveçli Mark Çavanın (Mark Chavan) təsadüfi ixtirası olan qabarcıqlı plyonka aldığımız və sınmasını istəmədiyimiz məhsulların təhlükəsiz daşınmasında ən mühüm köməkçilərimizdən biridir. İşin ən xoş tərəfi daşınma prosesi uğurla başa çatdıqdan sonra yaşadığımız stressi azaltmaq üçün o kiçik şarcıqları bir-bir partlatmaqdır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Əslində Alfred və Mark qaraj layihəsi olaraq başlayan təşəbbüslərində tapmaq istədikləri parça vanna otağının pərdəsinə yapışdırılacaq suya davamlı divar kağızı idi. Onlar səylərinin bəhrəsini aldılar, lakin ilk cəhddə parça pərdə ilə plastik örtük arasına daxil olan hava qabarcıqları pərdənin qeyri-adi naxış almasına səbəb oldu. 1957-ci ildə bu işləri ilə varlanmaq arzusunda olan ixtiraçılar bu yeni məhsulun təmizlənməsinin daha asan olmasına baxmayaraq kifayət qədər diqqət çəkmədi. Çünki ilk sınaqları edən adamlar hamamda çimərkən özlərini hava qabarcıları ilə dolu bir otaqda həbsdə olmuş kimi hiss etdiklərini söylədilər. Yeni məhsulun ikinci sınaq sahəsi tərəvəz və meyvə istixanaları oldu. Məqsəd istilik itkisinin qarşısını almaq idi. Lakin istifadəçilər buna da öyrəşə bilməyəndə plan rəfə düşdü.

Marketinq səyləri uğursuz olsa da, Fieldinq və Çavan dueti təslim olmadı və qabarcıqlı plyonka üçün yeni istifadə yerləri axtarıb tapmağa başladılar. Tezliklə anladılar ki, evə və ya ofisə köçərkən qırıla bilən əşyaları yeni məhsullarına bükmək yaxşı fikirdir. Artıq qabarcıqlı plyonkanın taleyi məlum olmuşdu, lakin təşviqi üçün yaxşı tərəfdaş lazım idi. O dövrdə yaranan yeni kompüter bazarının lideri olan İBM böyük ölçülü kompüterlərin daşınmasında problemlər yaşayırdı. Həssas kompüterlər daşınma zamanı zərbə və qırılma riskindən qorunmalı idi. Alfred Fieldinq və Mark Çavanın təsadüfi ixtirası bu iş üçün mükəmməl yol oldu. İki ixtiraçı İBM ilə əməkdaşlıq etdi və qabarcıqlı plyonka ən son kompüterlərlə birlikdə dünyanın demək olar ki, hər yerinə yayıldı. Beləliklə, tanıtma və bazarlama məsələləri öz-özünə həll olundu.

Maraqlı nümunələrdən biri də Norveç və İsveç kimi çox soyuq qış ölkələrində tibb qruplarının kritik xəstələrin daşınması zamanı hipotermiyanın qarşısını almaq üçün qabarcıqlı plyonka sarğıdan istifadə etməsidir.

Qabarcıqlı plastik sarğı əsasən şarcıqlar və ya hava ilə doldurulmuş ciblər yaratmaq üçün bir-birinə yapışdırılmış iki qat plyonkadan ibarətdir. Bu qabarcıqlar materiala xarakterik yastıqlama effektini verir və təsirlərə qarşı əla qoruma təmin edir. Şarcıqlar adətən dairəvi və ya bir az uzunsov formada olur, xüsusi tələblərdən asılı olaraq da ölçüləri dəyişir.

Xammalın hazırlanması, qabarcıq əmələ gəlməsi, kəsilməsi və bükülməsi kimi müxtəlif mərhələləri olan istehsal prosesindən sonra ortaya çıxan qabarcıqlı plastik sarğıların istifadə sahəsi günü-gündən artmaqdadır.

Həyatımızı asanlaşdıran bu təsadüfi ixtira həm də öz mədəniyyətini yaradıb. 1992-ci ildə Ketlin (Kathleen) Dillon adlı psixoloq şişirdilmiş plastik qabların xəstələri daha dinc və enerjili etdiyini elmi olaraq müəyyənləşdirdi, 2015-ci ildə isə ABŞ-ın Kolorado ştatında 2681 nəfər eyni anda plastik qabarcıqları barmaqlarla partladaraq Ginnes rekordlar kitabına düşdü.

Seçilən
41
1
sia.az

2Mənbələr