AZ

“Birbaşa Bakı” Çempionlar Liqasının yarımfinalında

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan Azərbaycan çempionu “Birbaşa Bakı” bu gün növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda “Nova Vita Tarqu” (Rumıniya) ilə qarşılaşıb.

Azərbaycan çempionu bu oyunda 2:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Bu mərhələdə rəqib “Spoje Praqa” (Çexiya) olacaq. Sabah keçiriləcək bu oyuna saat 12:00-da start veriləcək.

Xatırladaq ki, “Birbaşa Bakı” 1/8 finalında Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi “AzNur”u məğlub etmişdi – 1:0.

Çempionlar Liqası
1/4 final
7 sentyabr

“Birbaşa Bakı” – “Nova Vita Tarqu” 2:0
Qollar. Müseyib Vəliyev, 3. Samir Həmzəyev, 36.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
21
arena.az

10Mənbələr