AZ

Tramp Putinin Harrisi dəstəkləməsi ilə bağlı ironik şərhindən incidiyini bildirib

Bakı. Trend:

Keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasındanprezidentliyə namizəd Donald Tramp, Rusiya prezidenti VladimirPutinin ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləməsi iləbağlı ironik şərhinə görə incikliyini ifadə edib.

Trend-in yerlimediaya istinadən verdiyi xəbərə görə, Tramp Rusiya liderini şahmatustası adlandırıb.

"Mən Putini yaxşı tanıyıram. O, bu yaxınlarda Harrisidəstəkləyib. Bu, məni həqiqətən məyus etdi. Maraqlıdır, niyəHarrisi seçdi? O, əsl şahmat oyunçusudur", - deyə Tramp Viskonsinştatında çıxışı zamanı bildirib. Respublikaçı əlavə edib ki,Putinin bu bəyanatı çox güman ki, istehza ilə edilib.

Bundan əvvəl Putin istehza ilə qeyd etmişdi ki, Moskva hazırkıprezident Co Bayden prezidentlik yarışından "çıxarılandan" sonrademokratların əsas namizədi kimi Kamala Harrisi dəstəkləyir. Lakino, son qərarın Amerika xalqından asılı olduğunu vurğulayıb.

Tramp daha əvvəl Putini, Çin prezidenti Si Cinpini və Türkiyəprezidenti Rəcəb Tayyib Ərdoğanı "dünya səviyyəli şahmatçılar" kimitəsvir etmişdi.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
az.trend.az

10Mənbələr