AZ

Qadın nadir infeksiyadan ölüb...

...Böyük Britaniyada qadın ayağını yüngülcə qaşıdıqdan bir neçə gün sonra öldü. O, yarada “ət yeyən xəstəlik” kimi tanınan nekrotizan fasiit inkişaf etdirib.

SİA xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.

...Volvexamptondan olan 69 yaşlı müəllimə Ceyn Morqan ilk nəvəsinin gəlişi üçün uşaq otağı hazırlamaqda qızına kömək etmək niyyəti ilə Londona gedib.

Ziyarət zamanı onun ayağında kiçik cızıq yaranıb. Evə qayıtdıqdan sonra qripə bənzər simptomlar hiss etməyə başlayıb. Lakin yara çox ağrılı olub və nə vaxtsa qadın xəstəxanaya çatdırılıb. Ceyn bir neçə əməliyyat keçirib, lakin bu əməliyyatlar uğursuz olub və infeksiya sürətlə onun bütün bədəninə yayılıb.

Beləliklə, o, ilk nəvəsinin doğulmasına iki gün qalmış vəfat edib.

...İrlandiyalı ana Djouzi Roule ötən ilin sentyabrında evindəki çiçəklərini sulayarkən naməlum həşərat tərəfindən iki dəfə dişləndikdən sonra ayaqlarını itirib. O, axşam bədənində ağcaqanad dişləməsinə bənzəyən iki kiçik iz aşkar edib. Sonradan bu izlər genişlənməyə başlaa da, lakin xoraya çevrilməyib. Rouledaha sonra terapevt ilə məsləhətləşib və ona antibiotiklər, ağrıkəsicilər təyin edilib, lakin bu, onun simptomlarını azaltmağa kömək etməyib.

Nazlı Almuradova

Seçilən
102
sia.az

1Mənbələr