Yollarda avtomobilin ön şüşəsinə kompakt disklər vuran sürücülərə rast gəlinir.
Bizim.Media xəbər verir ki, onların bunu fərqli görüntü yaratmaq üçün etdiyi düşünülsə də, rusiyalı avtomobil mütəxəssisi əslində niyyətlərinin fərqli olduğunu bildirib.
Onun sözlərinə görə, mümkünsüz olsa da, avtomobil həvəskarları bu yolla maşınlarını Dövlət Yol Polisi müfəttişlərinin əl radarları üçün görünməz edə biləcəklərini düşünürlər.
O həmçinin ön şüşəyə qoyulan disklərin faydaları olduğunu da deyib. Belə ki, kompakt disklər radardan müdafiə edə bilməsə də, günəş şüalarından qoruyur.
Bəs doğrudan da kompakt disklər vasitəsilə radardan gizlənmək və günəş şüalarından qorunmaq mümkündür?
Daha ətraflı BakuTV-nin süjetində:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta