AZ

Hanoy "Yagi" tayfununu "qarşılamağa" hazırlaşır...

Vyetnamın paytaxtı "Yagi" super qasırğasının əsas təsirinə hazırlaşır. O, artıq dördüncü, sondan əvvəlki kateqoriyaya çatıb və küləyin sürəti saatda 145 kilometrə çatması ilə son dərəcə təhlükəli hesab olunur.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qasırğa artıq ölkənin şimal-şərqinə və qorxulu görüntülərin gəldiyi Çinin cənub bölgəsinə də çatıb. Külək asanlıqla ağır metal damları qoparıb, yük maşınlarını aşırıb, ağacları kökündən çıxarıb, işıq dirəklərini yıxıb. İnsanların ayaq üstə durması mümkün deyil.

...Çində 3 nəfər ölüb, yüzə yaxın insan yaralanıb. Ümumilikdə, fəlakət zonasında bir milyondan çox insan var. Bütün ərazilər işıqsız və rabitəsiz qalıb. Bir çox binaya ziyan dəyib.

TV Center xəbər verir ki, qasırğa son on ilin ən güclüsü adlandırılıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
sia.az

10Mənbələr