AZ

Hidayət Elvüsal dünyasını dəyişib

Bu gün tanınmış jurnalist Hidayət Elvüsal dünyasını dəyişib. Sherg.az xəbər verir ki, bu haqda məlumatı oğlu Samir verib. 
Allah rəhmət eləsin!

1949-cu il iyun ayınınn 25-də Kəlbəcər rayonunda dünyaya göz açan Hidayət Elvüsal zaman-zaman bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəl­bə­cər­də çı­xan “Ye­ni­lik” ra­yon qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­maq­la bə­ra­bər, Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Daha son­ra «A­zər­bay­can gənc­lə­ri», «Kom­mu­nist­» (in­diki «Xalq qə­ze­ti») qə­zet­lə­rin­də iş­lə­yib. «Sə­hər»  qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri ki­mi, baş re­dak­to­run müa­vi­ni, «Be­lə-belə iş­lər», «Kri­mi­nal» qə­zet­lə­ri­nin baş re­dak­toru olub. Döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə çı­xış edib. «Be­lə-belə iş­lər» rub­ri­kası ilə dərc et­dir­diyi say­sız-he­sab­sız ya­zı­ları ilə po­pul­yar­la­şan Hi­da­yət El­vü­sal ey­ni za­man­da mah­nı mətn­lə­ri­nin müəl­lifi və  hə­vəs­kar bəs­tə­kar kimi də ta­nınır.
Seçilən
129
3
sherg.az

4Mənbələr