AZ

“Qarabağ”ın legioneri “Turan Tovuz”da? – klub rəsmisi açıqladı

Bilindiyi kimi, “Qarabağ”ın Avropa Liqası üçün göndərdiyi iştirak ərizəsində adı olmayan futbolçulardan biri Hamidu Keytadı. Belədə vingerin Ağdam təmsilçisindən ayrılması aktuallaşıb. Artıq fransalı legionerə təklif göndərənlərdən biri də məlumdu. İddialara görə, “Turan Tovuz” əcnəbi oyunçunu sıralarına qatmaq niyyətindədi.

Bəs Keyta “Turan Tovuz”a nə cavab verib?

Klubun idman direktoru Səməd Nəsibovla əlaqə saxladıq:

“Xeyr, elə bir məsələ yoxdu. Yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Keyta ötən il “Zirə”dən “Qarabağ”a transfer olunmuşdu.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
football-plus.az

2Mənbələr