Ulsan Milli Elm və Texnologiya İnstitutunun professoru Franklin Byenin rəhbərlik etdiyi bir qrup alim hərəkətdə olan elektrikli avtomobillər üçün naqilsiz enerjidoldurma texnologiyası hazırlayıb.
seher.media xəbər verir ki, tədqiqat "Applied Energy" jurnalında dərc edilib.
Yeni texnologiya hərəkətdə olan nəqliyyat vasitələrinə fasiləsiz enerji təmin edən naqilsiz sistemi əhatə edir. Sistem naqillərin şəbəkəsi vasitəsilə geniş və güclü maqnit sahəsi yaradır ki, bu da avtomobillərə bahalı ferromaqnit materiallara ehtiyac olmadan sərbəst manevr etməyə imkan verir.
Məqalədə qeyd olunur ki, elektromaqnit generatorundan keçən elektrik cərəyanı dairəvi maqnit sahəsi yaradır və effektiv enerji ötürülməsini təmin edir.