AZ

Adil Vəliyev işinin öhdəsindən gələ bilmirsə... - ACINACAQLI DURUM...

Son zamanlar Bakının müxtəlif qəsəbələrində məişət tullantılarının qalaqlanması, vaxtında daşınmaması hallarını müşahidə edirik. Məsələn, Pirşağı qəsəbəsində və Binəqədi ərazisində bu kimi hallarla qarşılaşırıq. Sanki bu ərazilərin təmizlənməsinə məsul olan qurumların əli-qolu bağlanıb. Sanki bu qurumlar düşünür ki, fəaliyyətsizlikləri cəzasız qalacaq. Hələ bu azmış kimi vətəndaşlar da tullantılarını ətrafa səpələməkdən sanki xüsusi zövq alırlar. Bəs qanun nə deyir?Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məişət tullantılarının qalaqlanması, urnalardan kənara atılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət müəyyən olunub.“Məişət tullantılarının kənara atılması ilə bağlı fərqli müddəalar var. Vətəndaşların bir çox hallarda məsələn istirahətdə olduğu zaman, meşələrdə olduğu zaman meşə fondunun torpaqlarını istehsalat və məişət tullantıları ilə zibilləndirməsi Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 244.1-ci maddəsinə görə, fiziki şəxslər 500 manatdan 800 manata qədər, vəzifəli şəxslər 2 min manatdan 2500 manata qədər, hüquqi şəxslər 7500 manatdan 10 min manata qədər cərimə olunurlar”-deyə hüquqşünas bildirib.Ramil Süleymanov qeyd edib ki, vətəndaşlar məişət tullantılarını nəzərdə tutulmuş zibil qablarından kənara atdıqda, məsələn urnalardan kənara atdıqda bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Vətəndaş buna görə 50 manat məbləğində cərimə olunur.“Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasının düzgün aparılmamasına görə dövlətin vəzifəli şəxsləri o cümlədən cavabdeh təşkilatlar bununla bağlı inzibati məsuliyyətə də cəlb oluna bilirlər. Bununla bağlı inzibati məsuliyyət fiziki şəxslərə görə, 500-800 manata qədər, vəzifəli şəxslər 2000-3000 manata qədər, hüquqi şəxslər 6500-8000 manata qədər məbləğində cərimə olunurlar. Ümumiyyətlə, vətəndaşlar bilməlidirlər ki, onların atdığı istənilən məişət tullantısı və ya bərk tullantılar yekunda təbiətə zərərdir. Təbiətə ərazi üzrə cavabdehliyi qanunlarla mühafizə edilir. Bu qanunlara tabe olmaq hər bir vətəndaşın və hər bir şəxsin borcudur”-deyə hüquqşünas bildirib.

Seçilən
179
dia-az.info

1Mənbələr