AZ

"Eh, ay ana, heç sənin sözünü unudaram?!"

Müğənni Xuraman Şuşalı dünyasını dəyişən nənəsi Surə ilə bağlı paylaşım edib.Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında yayımladığı fotoya bu sözləri yazıb:"Bu gün nənəmin il dönümüdür. Anam nənəmin adını ancaq mənə icazə verib ki, qızım o adı yaşatsın. Surə nənəmi 2 il görsəm də, anam ölənə kimi nənəm üçün ağlamışam. Çünki anam anasını elə sevib, ağlayardı ki, sevməmək mümkün deyildi. Anam canını tapşırmamışdan qabaq mənə dedi ki, bax, nənəni unutma, hər il sentyabrın 7-də onu yad et. Eh, ay ana, heç sənin sözünü unudaram?! İndi də gəldik qəbrinin üstünə. Amma bu gün qızımın ağlamağı məni həm üzdü, həm də sevindirdi. Çünki mənim anama və nənəmə sevgimi onda gördüm. Canım anam, bizə elə tərbiyə vermisən ki, nə səni, nə də nənəmi nə özüm, nə də uşaqlarım unudar. Hər an yad edib, dua edirik. Nur içində qal".Qeyd edək ki, rejissor Elçin Məmmədovla ailəli olan sənətçinin 4 övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
dia-az.info

1Mənbələr