Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri ölkənin şimal bölgələrinin Livanərazisindən atəşə tutulduğunu bildirib. Ümumilikdə, 50-yə yaxınmərmi atılıb.
Trend-inməlumatına görə, ordunun mətbuat xidmətinin verdiyi açıqlamayaəsasən, yuxarı Qalileya bölgəsində səhər saat 05:35-də sirenlərinsəsləndirilməsindən sonra Livandan sərhədi keçən 30-a yaxın mərmiaşkar edilib. İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiəsistemi bu mərmilərin bir neçəsini zərərsizləşdirib, qalanları isəaçıq ərazilərə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur.
Bundan əlavə, 00:57-də və 02:34-02:39 arasında Kiryat Şmonaşəhəri ərazisində səslənən sirenlərdən sonra Livandan 20 mərmiatıldığı qeyd edilib. İsrail Müdafiə Qüvvələrinin hava hücumundanmüdafiə sistemi mərmilərin əksəriyyətini müvəffəqiyyətləqarşılayıb, itkilər barədə məlumat yoxdur.