AZ

Azərbaycan millisi Slovakiyaya qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gələcək. "Koşitse Futbol Arenası"nda  keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək. 

Azərbaycan millisi 1-ci turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Fernandu Santuşun baş məşqçiliyi altında ilk oyunu olub. 

Slovakiya seçməsi isə 1-ci matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Millətlər Liqası, qrup mərhələsi, 2-ci tur

C liqası, 1-ci qrup

8 sentyabr

20:00. Slovakiya - Azərbaycan

Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)

"Koşitse Futbol Arenası"

Xallar: İsveç - 3, Slovakiya - 3, Estoniya - 0, Azərbaycan - 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
5
teleqraf.com

10Mənbələr