AZ

"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri

Bill Börns Qərbi Rusiya hər dəfə nüvə silahı ilə hədələməyə başlayanda qorxmağı dayandırmağa çağırıb...
 
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns Londona səfəri zamanı deyib ki, Qərb liderləri Rusiyanın nüvə şantajı cəhdlərinə təmkinlə yanaşmalı və bunun Kremlin dayandırmaq fikrində olmadığı adi bir praktikası olduğunu başa düşməlidirlər.
 
Moderator.az "TSN"-ə istinadla  xəbər verir ki, bu barədə "The Guardian" yazır.
 
“Putin bir xuliqandır. O, zaman-zaman öz silahlarıyla hamını hədələməkdə davam edəcək... Biz bunu yadda saxlamalıyıq”, - deyə MKİ rəhbəri bildirib.
 
Eyni zamanda, Börns etiraf edib ki, o, vaxtilə Rusiyanın Ukraynaya nüvə zərbəsi endirə biləcəyi ilə bağlı təhdidlərinə inanıb.
 
“2022-ci ilin payızında elə bir məqam var idi ki, mən Rusiyanın Ukraynada taktiki nüvə silahından potensial istifadəsinin real riskinin olduğuna inanırdım”, - deyə o bildirib.
 
Börns indi əmindir ki, Kremlin bu cür bəyanatlarına çox da ciddi yanaşmaq olmaz.
 
MKİ rəhbəri həmçinin bildirib ki, 2022-ci ilin noyabrında o, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə şəxsən Türkiyədə görüşüb və Rusiyanın nüvə silahından istifadəsinin hansı nəticələrə gətirib çıxaracağını ona “aydın şəkildə izah edib”.
 
Xatırladıılır ki,  Ukrayna lideri Zelenski də Putin nüvə silahından istifadə etməyəcəyini düşünür. Rusiyanın nüvə təhdidləri hədə-qorxudan başqa bir şey deyil. Rusiya həm ruslara, həm də beynəlxalq ictimaiyyətə gücünü göstərmək üçün bu taktikaya əl atır.
Seçilən
129
2
moderator.az

3Mənbələr