AZ

Göygöldə kafe yanıb

Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 160 m² olan obyektin (kafe kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı və içərisində olan əşyalar qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yüksək temperaturdan 7 ədəd plastikdən ibarət pəncərə çərçivəsi deformasiyaya uğrayıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
6
cebheinfo.az

10Mənbələr