AZ

Amerikalı kəşfiyyatçı: “Kurska hücum mənasız idi, çünki…”

“Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu mənasızdır”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsinə təşviş yaratmadan reaksiya verib. Bu əməliyyatda Ukrayna ordusu əvəz oluna bilməyən ciddi canlı qüvvə və texnika itkisinə məruz qalıb.

“Bu, həqiqətən mənasız bir hücum oldu”, – deyə Conson vurğulayıb.

Xatırladaq ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot da Kurska hücumu uğursuz adlandırıb və Ukrayna hökumətindəki kütləvi istefaları bununla əlaqələndirib./globalinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
turkustan.az

1Mənbələr