Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.Verilişin budəfəki sayında Zirə sakini Arifə Kərimova köhnə adətlərdən danışıb.O qeyd edib ki, əvvəllər qızın nişanlı olduğunu bildirmək üçün başqasının toyunda onun ardınca bir neçə xonça çıxarardılar:“Xonçaya gəlin üçün bir dəst paltar, qızıl əşyası, ayaqqabı, şirniyyat qoyardılar. Bu o demək idi ki, qızı almışıq, artıq nişanlıdır. Təəssüf ki, bu adət artıq yoxdur”.Müasir dövrdə boşanmaların çoxalmasından da danışan zirəli ağbirçək deyib ki, ailədə nə qədər söz-söhbət olsa da, onu qoruyub saxlamaq lazımdır”.“İndiki gəlinlər ərinə deyir ki, yorğunam. Cavanlara “boşan, arxandayam” demək olmaz. Elə deyiləndə, əlbəttə ki, boşanacaqlar. Demək lazımdır ki, döz, otur”, - o söyləyib.Ətraflı süjetdə:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta