AZ

Neymar fiziki testlərdən keçə bilmədi

“Əl-Hilal”ın braziliyalı ulduzu Neymar dizin çarpaz bağ zədəsindən qismən sağaldıqdan sonra tibbi və fiziki testlərdən keçə bilməyib.

Arena.az bu barədə “Thamer” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ötən ilin payızından zədəsinin sağaltmaqla məşğul olan və qismən sağalmış ulduz futbolçunun indi futbola geri dönüşü üçün daha çox zamana ehtiyacı var.

Vurğulayaq ki, daha əvvəl, “Əl-Hilal” Neymarın zədədən sağaldığını, bərpa mərhələsinin sonunda olduğunu və yeni mövsümdə futbola qayıdacağı bəyan etmişdi.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
171
33
arena.az

10Mənbələr