AZ

Afrikada bir milyona yaxın insan evlərini tərk edib

Bakı, TurkicWorld

Türkiyə İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülən Ayşenur Ezgi Eyginin cənazəsinin ailəsinə çatdırılması və dəfn edilməsi üçün işlərini davam etdirir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial media hesabında yazıb.

Eyginin ABŞ-da yaşayan ailə üzvləri və Türkiyədəki qohumları ilə əlaqə saxladıqlarını deyən Keçeli, tibbi ekspertiza hesabatının Fələstin rəhbərliyi tərəfindən Türkiyənin Qüdsdəki Baş Konsulluğuna göndərilməsinin gözlənildiyini bildirib.

"Növbəti prosesdə vətəndaşımızın cənazəsinin əvvəlcə İsrailə gətiriləcəyi, daha sonra İordaniya vasitəsilə ölkəmizə təhvil verilməsi nəzərdə tutulur." – deyə o açıqlamada qeyd edib.

Xatırladaq ki, İsrail ordusu İordan çayının qərb sahilinin Nablus şəhərində Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygini qətlə yetirib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
turkic.world

1Mənbələr