1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, H.Elvüsal 75 yaşında dünyasını dəyişib.
O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan "Yenilik" rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti") qəzetlərində işləyib. "Səhər" qəzetinin yaradıcılarından biri, baş redaktorun müavini, "Belə-belə işlər", "Kriminal" qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib.
H.Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.