AZ

Türkiyəli atlet bürünc medal qazanıb

Bakı, TurkicWorld

Türkiyənin milli atleti Sibel Çam Paris 2024 Paralimpiya Oyunlarında qadınlar arasında 73 kq çəki dərəcəsində bürünc medal qazanıb.

TurkicWorld xəbər verir ki, atlet 120 kiloqramı qaldıraraq bürünc medal qazanıb.

Məlumat üçün qeyd edək ki, 148 kiloqram çəki ilə Paralimpiya rekordunu yeniləyən braziliyalı Mariana D'Andrea qızıl, özbəkistanlı Ruza Kuzieva isə 147 kiloqram çəki ilə gümüş medal qazanıb.

Hafiz Rufizoğlu

Seçilən
175
turkic.world

1Mənbələr