AZ

Boşanma üçün qaydalar sərtləşir

Rusiyada evli cütlükləri boşanmazdan əvvəl psixoloqla məsləhətləşməyə qala bilərlər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, deputat İqor Antropenko Dövlət Dumasına təqdim etmək üçün qanun layihəsi hazırlayıb. Sənədə görə, azyaşlı uşaqları olan ər-arvad boşanmazdan əvvəl psixoloji məsləhətləşmədən keçməlidirlər.

Həmçinin, ər-arvaddan birinin boşanmağa razı olmadığı cütlüklər üçün məsləhətləşmələr məcburi olacaq.

Bundan əvvəl Tatarıstan Respublikasında uşaq hüquqları üzrə müvəkkili İrina Volınets Dövlət Dumasına Rusiyada boşanma və tənhalıq təbliğatının qadağan edilməsi təklifi ilə çıxış edib. O, bu təşəbbüsü ölkədə sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addım adlandırıb.

Bundan əvvəl, Federasiya Şurasının boşanma haqqının səkkiz dəfə - beş min rubla qədər artırılmasını təsdiqlədiyi bildirildi. Dəyişiklik 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
cebheinfo.az

1Mənbələr