AZ

Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb

Xaçmaz rayonunda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb.

"Report"un Şimal bürosunun məlumatına görə, arıçılar təsərrüfatlarından bol məhsul əldə ediblər. Yerli təsərrüfat sahibləri bildirirlər ki, bu ilki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur.

Ötən il orta hesabla bir yeşikdən 9-11 kiloqram bal toplanmışdısa, bu il 18-20 kiloqram bal götürülüb. Toplanan məhsulun bir hissəsi satışa çıxarılıb.

Hazırda 1 kiloqram balın satış qiyməti 25-30 manat arasında dəyişir.

Qeyd edək ki, dövlət tərəfindən arıçılıq təsərrüfatlarına subsidiyanın verilməsi bu sahənin genişləndirilməsinə şərait yaradıb. 2022-ci ilədək davam edən prosesdə 264 arıçı fermerin 7 464 arı ailəsinə 74 640 manat subsidiya verilib.

Seçilən
126
1
sam.az

10Mənbələr