AZ

Slovakiya millisinin media meneceri: “Stadionda 12 minə yaxın azarkeş olacaq” - Eksklüziv

Slovakiya millisinin media meneceri Monika Yuriqova eksklüziv olaraq İdman.biz üçün slovakiyalı azarkeşlərin Azərbaycan komandası ilə oyuna marağından danışıb:

"Biletlər tam satılıb. Stadionda 12 minə yaxın azarkeş olacaq. Belə ki, Slovakiya komandası 26 illik fasilədən sonra Koşitsedə çıxış edəcək. Biletlərin qiyməti 2-ci kateqoriya üçün 15 avro və 1-ci üçün 20 avro olub".

Maraqlıdır ki, slovaklar sonuncu dəfə Koşitsedə 1998-ci ildə məhz Azərbaycan millisi ilə oynayıb və 3:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Rasim Mövsümzadə
İdman.biz

Seçilən
197
idman.biz

1Mənbələr