AZ

Neymar hələ lazımi tibbi müayinələrdən keçə bilməyib

"Əl-Hilal"ın hücumçusu Neymar dizinin çarpaz bağlarından aldığı zədəni sağaltmaq üçün klub xəstəxanasında müalicə almaqda davam edir. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu hələ lazımi tibbi müayinələrdən keçə bilməyib. Ona ciddi zədədən tam sağalmaq üçün daha çox vaxt lazımdır.
 
Qeyd edək ki, Neymar 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edir. O, son mövsümdə Səudiyyə Ərəbistanı klubunun heyətində cəmi beş oyun keçirib. Futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
4
sport24.az

10Mənbələr