AZ

Güzəştli ipoteka hərbçilərə necə və hansı şəkildə veriləcək?-DETALLAR 

Hərbiçilərin güzəştli ipoteka kreditlərinin ödənişinə dövlət yenidən dəstək göstərəcək. Bununla bağlı qaydalar təsdiqlənib.Bəs görəsən yeni qaydalar necə olacaq? 
 
 
Mövzu ilə bağlı iqtisadçı -ekspert Eldəniz Əmirov Moderator.az-a danışdı. Bildirdi ki, təsdiq edilən qaydalar uzun və əhatəlidir. 
 
"2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcəkdir. Sözü gedən təhsil müəssisələrinə Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsi, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursu, Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci daxildir
 
Bundan əlavə bu ildən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.
 
Bu hərbi təhsilin təşviq edilməsi baxımından çox önəmli addımdır.
 
Maliyyə dəstəyinin həcmi və forması necə olacaq?
 
Maliyyə dəstəyinin həcminə gəldikdə isə bu ilkin ödəniş zamanı və aylıq annuitet ödənişləri zamanl müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstərilir.
 
İlkin ödəniş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaqla, satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 faizi məbləğində verilir.  Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50 faizi həcmində müəyyən edilir (Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir).
 
Maliyyə dəstəyi göstərilməsi  üçün Müdafiə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu  və müvəkkil bank arasında informasiya mübadiləsini elektron sistem vasitəsilə həyata keçirəcək. Lazım olan vəsait isə əvvəlcədən dövlət büdcəsi hazırlanarkən nəzərdə tutulacaq və Müdafiə Nazirliyin bu məqsədlə açılmış bank hesabında saxlanılacaq.
 
 Bundan yerdə qalanları artıq prosesin texniki tərəfləridir ki, bu da qaydalar əsasında tənzimlənəcək. Ən əsası odur ki, bu gənc hərbiçilərin mənzillə təminat məsələsində çox ciddi bir mərhələ olacaq".
Seçilən
360
21
moderator.az

8Mənbələr