AZ

Türkiyə kəşfiyyatı daha bir PKK terrorçusunu MƏHV ETDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatı terror təşkilatlarına qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri paylaşım edib.

Qeyd edilib ki, son 3 ayda Suriya və İraqda bir çox PKK terror təşkilatının liderləri zərərsizləşdirilib.

“Qırmızı bülleten”lə axtarışda olan Cezire bölgə müdiri deyilən terrorçu Ali Dinçer dəqiq bir əməliyyatla zərərsizləşdirilib.

Məlumat üçün qeyd edək ki, 2007-ci ildə Dağlıca, 2008-ci ildə isə Aktütün polis bölmələrində törədilən terror aktlarına görə terrorçu Əli Dinçerin məsuliyyət daşıdığı müəyyən edilib.

Bizim.Media

Seçilən
99
2
bizim.media

3Mənbələr