AZ

“Ukrayna böhranının sonunu müzakirə etməyin vaxtı çatıb”

Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukraynada silahlı münaqişəyə son qoyulmasını müzakirə etməyin və Rusiyanı bu məsələ ilə bağlı gələcək sammitə dəvət etməyin vaxtı çatıb.

O, həmçinin etiraf edib ki, Almaniyanın hazırkı hökuməti üçün zəif seçki nəticələri “bəzi Almaniya vətəndaşlarının Kiyevə verilən dəstəklə razılaşmaması” ilə bağlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, Şolz bu açıqlamaları bu axşam yayımlanacaq ZDF televiziyasına müsahibəsində verib.

…İnanıram ki, indi biz də bu müharibə vəziyyətindən necə çıxa biləcəyimizi və indi göründüyündən daha tez sülhə necə nail ola biləcəyimizi müzakirə etməli olduğumuz andır.

Bunu deyən kansler əlavə edib ki, Zelenski ilə “çox məxfi söhbət” olub. Onun sözlərinə görə, o, Zelenski kimi növbəti sülh konfransında “Rusiya da iştirak etməlidir” fikri ilə razılaşır.

Əli Babayev

Seçilən
140
4
sia.az

10Mənbələr