AZ

Şolzun “sülh planı”: Ukraynanı iki yerə böldü

Almaniya Kansleri Olaf Şolz əvvəllər ələ keçirilən Ukrayna ərazilərinin Rusiyada qalmasını nəzərdə tutan “sülh planı” hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazır.

Nəşd bildirir ki, Şolz itirilmiş mövqelərini bərpa etmək üçün Ukraynadakı müharibədən istifadə edərək “sülh göyərçini” kimi tarixə düşməyi planlaşdırır.

“Türingiya və Saksoniyadakı fəlakətli seçki nəticələrindən sarsılmış, sentyabrın 22-də Brandenburqda mümkün məğlubiyyətin onu geri addım atmağa məcbur edə biləcəyi ilə bağlı şayiələrə qapılan kansler dalana girməmək üçün Ukrayna kartını oynamağa qərar verib”, - İtaliya qəzeti vurğulayır.

Nəşr parlamentdəki mənbələrə istinadla qeyd edir ki, Şolz bəzi partiya üzvləri ilə Ukrayna ərazisinin bir hissəsinin Rusiyaya verilməsi imkanını nəzərdə tutan bir növ “Minsk razılaşması”na bənzəyən plan üzərində işləyir.

Mənbə iddia edir ki, kansler nəyin bahasına olur-olsun Ukraynanı yola gətirmək istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
42
teleqraf.com

10Mənbələr