Çanaqqalanın Pınarbaşı kəndində dünən evdən çıxan və itkin düşən 12 yaşlı Rəsul Quliyev bu səhər xilasedicilər tərəfindən ağacda yatarkən tapılıb.
Azreform.info oxu.az-a istinadən xəbər verir ki, Rəsulun anası Yaqut Əsgərova oğlunu dünən məktəbdən qayıdarkən çantasının cırıldığına görə danlayıb. Ondan sonra Rəsul qorxduğu üçün evi tərk edib.
Rəsul 17 saatdan sonra evlərindən 7 kilometr aralı Bozcaalan ərazisindəki tarlada ağacın başında yatarkən tapılıb. Uşaq evlərinə gətirilib.