Türkiyənin Xarici işlər naziri Hakan Fidan 10 Sentyabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirədə Səudiyyə Ərəbistanı, Tunis və İordaniya xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.
Türkiyənin Xarici İşlər Nazirliyinin “X” hesabından edilən paylaşımda “Nazirimiz Hakan Fidan Ərəb Dövlətləri Liqasının 162-ci Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qahirədə Səudiyyə Ərəbistanın Xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb” ifadələri yer alıb.
Bir digər paylaşımda isə Hakan Fidanın iclas nəzdində Tunis Xarici işlər naziri Əli ən-Nefti və İordaniyanın Xarici işlər naziri Əyman Səfadi ilə ayrı-ayrılıqda görüşdüyü bildirilib.
Qeyd edək ki, Türkiyə 13 il aradan sonra Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmış və burada öz çıxışını gerçəkləşdirmişdi. Hakan Fidan iclas çərçivəsində Avropa İttifaqı Komissiyasının vitse-prezidenti, Xarici münasibətlər və təhlükəsizlik siyasəti xüsusi təmsilçisi Cosep Borrell ilə də görüşmüşdü.