AZ

Müğənni Kərimi toyda buna görə döyüblər - Təfərrüat

Müğənni Kərim Abbasov toyda döyülüb. Yenisabah.az "lent.az"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb. Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.  vakansiyalarBildirilib ki, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda araşdırma davam etdirilir. "Report" isə qeyd edir ki, Kərim Abbasov fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
29
anaxeber.info

10Mənbələr