AZ

Sabiq “Borussiya Dortmund”lu millimizin futbolçusu ilə komanda yoldaşı olub

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyə I Liqa təmsilçisi “Ankaragücü” heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçisi “Borussiya Dortmund” ilə müqaviləsi bitən Niko Şülzü heyətinə qatıb.

Son cihan müdafiəçisi ilə 2 illik razılığa gəlinib. Niko “arılar”ın heyətində meydana çıxdığı 61 matçda 1 qol 3 assistlə yadda qalıb.

Qeyd edək ki, “Ankaragücü” Türkiyə I Liqasında 4 turdan sonar topladığı 6 xalla 8-cidir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
idman.biz

1Mənbələr