AZ

ABŞ-da illik inflyasiya 3 il yarımın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da illik inflyasiya son 3,5 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi avqust ayı üzrə istehlak qiymətləri məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə istehlak qiymətləri avqust ayında əvvəlki aya görə 0,2 faiz artıb.

Bazarların proqnozu da məhz bu istiqamətdə idi.

Ölkədə CPI avqust ayında illik müqayisədə isə 2,5 faiz artıb. Beləliklə, illik CPI də bazarın 2,5 faiz proqnozuna uyğun olaraq reallaşıb.

Xatırladaq ki, ABŞ-da inflyasiya iyulda aylıq 0,2 faiz azalaraq illik 2,9 faiz artmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
108
banco.az

1Mənbələr