Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 13-də İspaniyanın paytaxtı Madridə səfər edəcək.
Missiya.Az xəbər verir ki, diplomat İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqası Təmas Qrupunun Madriddə keçiriləcək iclasında iştirak edəcək.
Bildirilir ki, toplantıda Norveçin xarici işlər naziri Espen Bart Eide, Sloveniyanın xaric işlər naziri Tanya Fajon, Ərəb Liqasının baş katibi Əhməd Abul və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də iştirak edəcək.
Məlumata görə, iclasda Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Daşqın HəsənovMissiya.Az