AZ

Emin Cəfərov UEFA tərəfindən təyinat alıb

Emin

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Reyting.az
xəbər verir ki, O, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

Qeyd edək ki, Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
reyting.az

10Mənbələr