AZ

İranda peşman olmağa başladılar - “Qonşu ölkələrlə...”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Abbas Muğtadayi Məsud Pezeşian hökumətini diqqətini qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına yönəltməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, deputat ölkənin iqtisadi artım hədəflərinə çatmaq üçün qonşularla əlaqələrin gücləndirilməsinin vacib olduğunu bildirib.

“İranın xarici siyasətində prioritet qonşu dövlətlərlə əlaqələri gücləndirmək və yaxşılaşdırmaq olmalıdır”, - Muğtadayi deyib.

Ermənistan istisna olmaqla, İranın digər qonşuları ilə münasibətləri o qədər də rəvan getmir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
175
teleqraf.com

1Mənbələr