AZ

“Real”ın sabiq qapıçısı Braziliya klubuna keçə bilər

“Real” və PSJ-dəki çıxışı ilə tanınan 37 yaşlı qapıçı Keylor Navas Braziliya çempionatında çıxış edən kluba keçə bilər.Komanda.az “CNN Brasil”-ə istinadən xəbər verir ki, “Qremio” kosta rikalı futbolçunun xidmətində maraqlıdır. Bundan əlavə, Navasın karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantları da var.Navasın son iş yeri PSJ olub. Tərəflər arasındakı müqavilə bu ilin yayında başa çatıb. O, əvvəllər “Nottingem Forest”, “Real”, “Levante”, “Albasete” və Kosta Rikanın “Saprissa” klublarında çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
komanda.az

1Mənbələr