AZ

Azərbaycanda ən çox işsiz əhalisi olan rayonlar və şəhərlər hansıdır? - RƏQƏMLƏR

2024-cü ilin 1 iyul vəziyyətinə görə Azərbaycanda rəsmi qeydiyyatda olan işsiz şəxslərin sayı 213,6 min nəfərə yaxın olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin açıqladığı rəqəmlərdən aydın olur ki, rəsmi işsiz sayı üzrə ən yüksək göstərici 36,7 min nəfərlər Bakı`nın payına düşüb.

İkinci pillədə 5,9 min nəfərlə Ağdam rayonu gəlir.

Quba rayonunda işsizlik 5,8 min nəfər civarındadır.

Şəmkir rayonunda bu göstərici 5,5 min nəfərə yaxın, Şəkidə isə 5,2 min nəfərə yaxın, Sumqayıt və Lənkəranda isə 5 min nəfərdən bir qədər çoxdur.

Ümumilikdə işsiz şəxslərin sayı 6 rayonda 5 min nəfərdən, 6 rayonda 4 min nəfərdən, 9 rayonda 3 min nəfərdən, 21 rayonda 2 min nəfərdən, 18 rayonda min nəfərdən yüksək, 12 rayonda isə min nəfərdən aşağıdır.

Hesabat dövründə ən az qeydiyyatda olan işsiz sayı isə Sədərək (233 nəfər), Naftalan və Xocavənddə (264 nəfər) qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
20
fed.az

10Mənbələr