ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) qarşıdan gələn parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyəti qızışdırmağı planlaşdırır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstanda rəngli inqilaba qədər etirazlara səbəb ola bilər.
XİN rəsmisi qeyd edib ki, hakimiyyətə təzyiq etməyin yollarından biri seçkiqabağı vəziyyətin qiymətləndirildiyi və real vəziyyəti əks etdirməyən aralıq hesabatların dərc edilməsidir: “Görünür, məhz bu qiymətləndirmələrlə DTİHB seçkilər ərəfəsində Gürcüstanda vəziyyəti qızışdırmağı planlaşdırır və əgər onların nəticələri Qərbin xoşuna gəlmirsə, o zaman Büronun bu qənaəti etirazlara və etiraz cəhdlərinə səbəb ola bilər.”
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Gürcüstandakı seçkilərə müdaxiləyə ATƏT-i cəlb etmək planlarını açıqlamışdı. Qeyd olunub ki, DTİHB səsvermənin yekununda nəticələrin “demokratiya normalarına” uyğun gəlmədiyini elan etməli olacaq.