AZ

Ukrayna Rusiyada üç istiqamətdə HÜCUMA keçdi: Sərhədboyu ƏMƏLİYYAT… - CANLI

Ukrayna ordusu Rusiyanın Kurskda əks-hücumuna cavab olaraq yeni hücumlara başlayıb. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Ukrayna ordusu Snaqostun qərbində rus qoşunlarına hücum edir, həmçinin Kulbaki və Qluşkovo ərazisində sərhəd boyu əməliyyatlar aparır.
Rusiya mənbələri Ukrayna hərbi qüvvələrinin kiçik mexanikləşdirilmiş hücumları barədə məlumatlar verir.

Omskda isə Nəqliyyat Maşınqayırma Zavodunda (Omsktransmaş) yanğın başlayıb. Rusiya KİV məlumat yayıb.

Məlumata görə, "Omsktransmaş" tank və "Solncepek" sistemlərinin istehsalı üzrə hərbi sifarişləri yerinə yetirir.

Ukrayna nümayəndələri Suriyadadır və heyət "Cəbhət ən-Nusra" qruplaşmasından yaraqlıları xüsusi əməliyyata (Rusiya və Ukrayna arasındakı müharibə, 24.02.2022-Davam edir, -red.) cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bizə məlumat verirlər ki, Ukrayna kəşfiyyatının emissarları Suriya Ərəb Respublikası ərazisindəki İdlib deeskalasiya zonasındadırlar və orada terror təşkilatlarından yaraqlılar toplayırlar", - Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, terrorçuların toplanması Kiyev tərəfindən onların “yeni planlaşdırılan çirkin əməliyyatlarında” iştirak üçün həyata keçirilir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilə prosesləri dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
musavat.com

1Mənbələr