AZ

“Starlink”in rəqibinin səhmləri altı ayda 1300% bahalaşıb

“Starlink”in rəqibi, ABŞ peyk istehsalçısı “AST SpaceMobile” (ASTS) şirkətinin səhmləri aprelin əvvəlindən bəri 1300%-dən çox artıb. “Bloomberg” yazır ki, bu, “Russell 2000” indeksində kiçik ölçülü səhmlər arasında ən yaxşı nəticədir.

Avqustun 20-də “AST SpaceMobile” kotirovkaları 1879.2% artaraq hər səhm üçün 38.99 dollara çatıb. 12 sentyabr cümə axşamı NASDAQ premarketində qiymətli kağızlar 29.3 dollara ticarət edilib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“S3 Partners” şirkətinin məlumatlarına görə, “AST SpaceMobile” qiymətli kağızlarında qısa mövqe tutan investorlar son altı ayda ümumilikdə 600 milyon dollardan çox itki ilə üzləşiblər.

“AST SpaceMobile” – mobil telefonlar üçün kosmik texnologiyalar əsasında genişzolaqlı mobil şəbəkələr yaradan ABŞ şirkətidir. Şirkət yerüstü mobil rabitənin əhatə dairəsindən kənarda yerləşən istifadəçilərə mobil rabitə xidmətləri və yüksəksürətli internetə çıxış təmin etmək niyyətindədir.

“AST SpaceMobile” Midlenddə yerləşir. Şirkət “AT&T” və “Verizon Communications” kimi tərəfdaşlarla kosmosdan smartfon sahiblərinə simsiz xidmətlərin çatdırılması planı üzərində işləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
banker.az

1Mənbələr