AZ

Yol qəzasında ölən piyada Qarabağ qazisidir

Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümünə səbəb olan yol qəzası ilə bağlı yeni xəbər var.

Modern.az-ın məlumatına görə, sentyabrın 10-da Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində “Daewoo” markalı avtobusla vurulan və nəticədə vəfat edən  piyada Qarabağ qazisi imiş.

Hadisə yerində aldığı ağır xəsarətlərdən vəfat edən 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev Cəbrayıl rayonundandır, o Qarabağ müharibəsinin döyüşcüsü olub.
 
Mərhum E.Xudiyev cəbhənin Cəbrayıl, Zəngilan, Fizuli, Qubadlı, Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Onun qardaşı Eldar Kazım oğlu Xudiyev də I Qarabağ döyüşlərinin iştirakçısı olub.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
modern.az

2Mənbələr